Xəbər lenti

Prezident bəzi səfirlərin yerini dəyişdi (SƏRƏNCAM)
Siyasət 13:18 07.08.2026

Prezident bəzi səfirlərin yerini dəyişdi (SƏRƏNCAM)

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğludur.

Digər sərəncamla Nemət Zeynal oğlu Nağdəliyev Estoniyaya fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevin oğludur.

Prezident İrfan Şakir oğlu Davudovu Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb. O, Azərbaycanın Pakistandakı səfiri təyin edilib. Pakistandakı səfirimiz Xəzər Nadir oğlu Fərhadov da geri çağırılıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->