Xəbər lenti

Prezidentlərin qeyri-rəsmi görüşü keçirildi (YENİLƏNİB)
Foto 12:40 31.07.2026

Prezidentlərin qeyri-rəsmi görüşü keçirildi (YENİLƏNİB)

İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəlib.

Qırğızıstan Prezidenti Sadır Japarov dövlətimizin başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşılayıb.

Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdiriblər.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sonra digər prezidentlər çıxış ediblər.

Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalanıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->