Dünya 15:54 22.04.2023

Priqojin niyə Kremli müharibəni dayandırmağa çağırıb? - ISW analitikləri izah edir

Vaqner XHŞ-nin rəhbəri Yevgeni Priqojinin Ukraynada Kremlin "xüsusi hərbi əməliyyatı” ("SVO”) adlandırılan müharibəyə son qoymağa çağırışları göstərir ki, o, Rusiya Müdafiə Nazirliyində siyasi səbəblərdən bu ideyanı bölüşən himayədar tapıb.

Qaynarinfo xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (ISW)  analitikləri buna diqqət çəkib.
 
Onlar qeyd ediblər ki, Priqojin açıq şəkildə Rusiya Müdafiə Nazirliyi ilə əməkdaşlığı bərpa edib, həmçinin Rusiya hərbi komandanlığı ilə aylarla davam edən düşmənçilikdən sonra Kremlin verdiyi bəzi imtiyazları bərpa edib.

"Priqojinin Rusiya Müdafiə Nazirliyi ilə əməkdaşlığı göstərir ki, o, Rusiya hərbi komandanlığı ilə razılığa gəlib, Putinə qüvvələr toplamaq qabiliyyətini bərpa etmək üçün müvəqqəti atəşkəs təklif edib”, - ekspertlər vəziyyəti təhlil ediblər.

ISW-dən qeyd edilb ki, Rusiya Federasiyası Ukraynada müvəqqəti atəşkəsdən və müharibənin uzadılmasından yalnız faydalanacaq, çünki bu, gücü bərpa etməyə və Qərbin Ukraynaya dəstəyini zəiflətməyə imkan verəcək. "Rusiya döyüş qabiliyyətini bərpa etdikdən sonra Ukraynanın işğal olunmuş ərazilərindən gələcək hücum əməliyyatları üçün tramplin kimi istifadə edəcək”, - analitiklər yekunlaşdırıblar.

Qeyd edək ki, aprelin 14-də Vaqner XHŞ-nin rəhbəri Yevgeni Priqojin qəfildən Kremli müharibənin bitdiyini elan etməyə çağırıb. Onun fikrincə, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində möhkəmlənmək daha yaxşıdır.

Ertəsi gün terrorçu İqor Strelkov-Girkin bu rezonans doğuran açıqlamaya reaksiya verib. Aydındır ki, Priqojinin bu cür "müharibəyə qarşı” təklifi, xüsusən də "SVO”nu tənqid etdiyinə görə terrorçunun özünə qarşı "denonsasiya”nın yazıldığı xəbəri fonunda Girkin qəzəblənib.

Alpər