Dünya 16:00 18.10.2023

Puqaçova Rusiyaya qayıdır - Prodüseri onun planlarından danışdı

Sovet və rus estradasının ulduzu Alla Puqaçova Rusiyaya qayıtmağa hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu barədə onun prodüseri Pavel Rudçenko bildirib.

Onun sözlərinə görə, diva vətənə qayıtmağa hazırlaşır və artıq çantalarını yığır. Tezliklə yenidən Moskva yaxınlığındakı qalasında məskunlaşacaq, - Rudçenko əlavə edib, lakin müğənninin qayıdışının dəqiq tarixini deyə bilməyib. O əlavə edib ki, ulduz ailənin yaşadığı ev də artıq qaydaya salınıb.

Nəşr qeyd edir ki, Puqaçova əvvəllər bomba sığınacağında raket hücumlarından qorunacağına əmin olsa da, fikrindən daşınıb.

Xatırladaq ki, Puqaçova uşaqları və əri ilə birlikdə Rusiyadan İsrailə gedib. Hazırda ölkədə sabitlik yoxdur. İsrail Müdafiə Qüvvələri oktyabrın 7-də raket hücumuna cavab olaraq Qəzza zolağında hərbi əməliyyat keçirir. Həmin gün Fələstin hərəkatı yüzlərlə raketlə İsrail ərazisinə hücum edib və bir neçə yaşayış məntəqəsini ələ keçirib. İsrail Qəzza Zolağını blokadaya alaraq cavab əməliyyatına başlayıb - anklav indi humanitar fəlakətə çevrilib.

Alpər