İdman 18:32 26.12.2022

Qara Qarayev: "Bu alqışlar sizindir!"

"Qarabağ"ın futbolçusu Qara Qarayev mövsümü qısa şəkildə dəyərləndirib.
 
Qaynarinfo xəbər verir ki, futbolçu qış fasiləsi ərəfəsində şəxsi Feysbuk səhifəsində mövsümün geridə qalan hissəsi ilə bağlı paylaşım edib. 30 yaşlı yarımmüdafiəçi azarkeşlərə təşəkkür edib:

"2022/23 mövsümünün ilk yarısı başa çatdı. Azarkeşlərimizin böyük dəstəyilə möhtəşəm illərdən birini yaşadıq. Hələ həyəcan davam edir! İnanıram ki, 2023-cü ildə də birlikdə uğurlar qazanacağıq! Dəstəyiniz üçün təşəkkürlər! Bu alqışlar sizindir!"
 
Səbuhi Həsənov