Xəbər lenti

İdman 09:46 01.07.2026

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək.

Qaynarinfo-nn məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

"Köhlən atlar" ikinci matçında Macarıstanın "Ferentsvaroş" kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.
--> -->