"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
Qaynarinfo-nun məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.
Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Köhlən atlar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.
Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr
21.45 Qarabağ (Azərbaycan) - Çelsi (İngiltərə) 2:1
Qollar: Leandro Andrade, 29. Marko Yankoviç, 39-pen. - Estevao, 16.
Qarabağ: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Meteus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev (q), 97. Fabiyan Buntiç (q), 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Çelsi: 1. Robert Sançes, 3. Mark Kukureya, 4. Tosin Adarabioyo, 21. Yorrel Ato, 24. Ris Ceyms (k), 17. Andrey Santos, 45. Romae Lavia, 32. Tirik Corc, 11. Ceymi Gittens, 41. Estevao, 20. Joao Pedro.
Ehtiyat oyunçular: 12. Filip Yorgensen, 50. Maks Merrik, 8. Entso Fernandes, 9. Liam Delap, 23. Trevo Çaloba, 25. Moyzes Kaysedo, 27. Malo Qusto, 29. Uelsi Fofana, 34. Coşua Açimponq, 38. Mark Qiu, 40. Fakundo Buonanotte, 49. Alexandro Qarnaço.
Baş məşqçi: Entso Mareska.
Baş hakim: Sebastian Qishamer (Avstriya).
Tofiq Bəhramov adına Respublika Stadionu.
Şərhlər