Xəbər lenti

Ölkə 23:51 07.09.2023

Qaxa güclü dolu və leysan yağdı - Elektrik enerjisi kəsildi

Bu gün axşam saatlarından Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.

"Qafqazinfo”nun məlumatına görə, Qax şəhər ərazisinə təqribən 5 dəqiqə davam edən dolu düşüb.

Güclü külək və yağış nəticəsində şəhərin Heydər Əliyev prospektində 2 ədəd ağac aşıb. Şəhərdən keçən kanalın daşması nəticəsində su avtomobil yoluna dolub.

Əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda güclü leysan yağışı davam edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?