Qəçrəşdə meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (VİDEO)
Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı məlumat yayılıb.
Ərazidə aparılan çəkiliş zamanı həqiqətən də çoxsaylı ağacların kəsildiyi, bəzi yerlərdə isə meşə örtüyünün seyrəldiyi müşahidə edilib.
Sakinlər deyirlər ki, əvvəllər sıx meşəlik olan ərazidə indi ağacların kəsilməsi nəticəsində mənzərə tamamilə dəyişib.
İddiaya görə, ərazidə meyvə agacları da olub.
Ərazinin sahibi olan Kamil Güləliyev isə bildirib ki, həmin ərazi onun şəxsi mülkiyyətidir və çıxarışı var. Onun sözlərinə görə, ərazidə meyvə ağacları olub və et tikmək üçün kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Quba-Qəçrəş yolunun Qudyalçay sahilində ağacların kəsilməsi faktı nazirliyin regional qurumlarının əməkdaşları tərəfindən aşkar edilib, sözügüdən ərazinin meşə fonduna aid olmayan seyrək ərazi olduğu müəyyənləşdirilib.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan isə bildirilib ki, Qəçreş kəndi ərazisində ağackəsmə faktı ilə bağlı rayon polis şöbəsində prosessual araşdırmalara başlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Şərhlər