Xəbər lenti

Qədim sığınacaq: Zambiyada 500.000 illik taxta tikili tapıldı
Dünya 22:37 21.09.2023

Qədim sığınacaq: Zambiyada 500.000 illik taxta tikili tapıldı

Zambiyada çayın sahilində təxminən yarım milyon il əvvəl ucaldılmış taxta konstruksiya tapılıb. Bu, arxeoloqların qədim sakinlər haqqında düşüncə tərzini dəyişib.

Qaynarinfo "Nature” jurnalında dərc olunan materiala istinadla xəıbər verir ki, qazıntılara Liverpuldan olan arxeologiya professoru Larri Barham rəhbərlik edib. Alimin sözlərinə görə, tapıntı insanların əcdadlarının köçəri həyat tərzi sürməsi fikrini təkzib edə bilər. Sahildəki atmalar yəqin ki, sığınacağın bir hissəsidir.

"Ağacdan yeni və böyük bir şey düzəldiblər. Onlar öz zəkalarını, təxəyyüllərini və bacarıqlarını misli görünməmiş və indiyədək mövcud olmayan bir şey yaratmaq üçün istifadə ediblər”, - Barham bildirib.

Arxeoloqlardan ibarət qrup qazıntı yerində taxta alətlər də tapıb. Amma elm adamlarının marağını ən çox bir-birinə düz bucaq altında yerləşən iki taxta parçası çəkib. Parçalarda olan kəsiklər göstərir ki, onlar mütləq daş alətlə hazırlanıblar. Arxeoloqlar ağac emalının dəlillərini görəndə heyrətə gəlib. Əvvəllər inanıldığı kimi, əcdadlar bu materialdan od əldə etmək və əmək alətləri yaratmaq üçün istifadə ediblər. Amma indi yeni faktlar ortaya çıxıb.

Sonrakı təhlillər atmaların təxminən 476 min il yaşı olduğunu təsdiqləyib. Ağac yaxşı qalıb və xüsusi şərtlərə görə çürüməyib. Kalambo şəlaləsinin üstündəki çay sahəsi çox bataqlıqdır. Yəni ağac min illər ərzində bərkiyib.

Alimlər atmaların necə istifadə edildiyini anlamaq üçün model yaradıblar. Onlardan ikisi müxtəlif ölçülü olub və açıq şəkildə əhəmiyyətli bir tikili yaratmaq üçün istifadə edilib. Arxeoloqlar hələ hansının olduğunu bilmirlər. Fərziyyələrdən biri balıq ovu üçün bir yerdir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->