Xəbər lenti

Qətl törədib qaçmışdı, polis saxladı
Ölkə 22:37 30.07.2026

Qətl törədib qaçmışdı, polis saxladı

Paytaxtda qətl hadisəsi baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün 20 radələrində Xətai rayonu ərazisində olub.

Belə ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib.

O.Yusubov aldığı xəsarətlərdən ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən S.Camalovu polis əməkdaşları saxlayıblar.

Araşdırma aparılır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->