"Vaqif Gərayzadənin sözündən çıxmarıq, "W-trio" qızları ilə bir araya gələrik. Amma çox ciddi bir söhbət aparılmalıdır. Mahnı elə olmalıdır ki, bizim lazım olan tərəflərimiz göstərilsin".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Qonaqcanlı" verilişində deyib. Sənətçi "W-trio" qrupunun üzvləri Xalq artisti Röya Ayxan və müğənni Elnarə Xəlilovadan danışıb:
"Bir layihə ola bilər. Amma üçümüz arasında münasibətlər çətindir. Soyuqluq deyil, hərə özünədir. Bizim üçlüyü fikirləşmək hissimiz gedib. Qrupdakılarda uzaq duran mənəm. Onlar ikisi bir qalmışdı, mən tək. Mən qızlarla bir araya gəlmək istəmərəm. Tanışlıq, münasibət qala bilər. Bir-birimizi görəndə doğmalığı hiss edirik. Bir də onu səmimi qəlbdən yaşamaq var".
Şərhlər