Xəbər lenti

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da genişlənib (VİDEO)
Video 23:55 10.04.2026

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da genişlənib (VİDEO)

Aramsız yağışlar səbəbindən sürüşməyə məruz qalan Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da genişlənib. Artıq sürüşmə sahəsinin eni 4-5 kilometrə çatıb.

Sakinlər rayon mərkəzinə getmək üçün sürüşmə sahəsinə qədər avtomobillə gəlir, daha sonra yolu piyada davam etdirməyə məcbur qalırlar. Qonaqkənd sakinləri mağazalarda ərzaq qıtlığının yaranacağından narahatdırlar.

Hadisə ilə əlaqədar aidiyyəti qurumların rəhbər şəxsləri əraziyə baxış keçiriblər. Artıq Qonaqkənd istiqamətində alternativ yolun çəkilişinə başlanılıb.

Yeni yol sürüşmənin baş verdiyi 41-ci kilometrdən başlayaraq köhnə Qonaqkənd yolu istiqamətində təxminən 6 kilometr məsafəni əhatə edəcək.

Onu da qeyd edək ki, Quba-Qonaqkənd yolunun 42-ci kilometrliyindən əlavə, təxminən 2 kilometr aralıda daha bir ərazidə sürüşmə aktivləşib. Kəndlərdə elektrik və rabitə təminatı bərpa edilib. Hazırda yalnız qaz təchizatı və nəqliyyat əlaqəsində problem qalmaqdadır.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
--> -->