Sənət 12:47 21.02.2023

Ramiz Novruzun dəfn yeri məlum oldu

Xalq artisti, mərhum aktyor Ramiz Novruz Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Qaynarinfo-ya Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, mərhumla vida mərasimi saat 15:00-da başa çatacaq:

"Aktyorun cənazəsi 15:00-da yaşadığı evdən götürüləcək”.

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.

Bahar Rüstəmli