Xəbər lenti

RBC: Ukrayna kəşfiyyatının əsas hədəflərindən biri Putindir
Dünya 13:47 25.05.2023

RBC: Ukrayna kəşfiyyatının əsas hədəflərindən biri Putindir

Ukrayna kəşfiyyatının əsas hədəflərindən biri Rusiya prezidenti Vladimir Putindir. 
 
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəis müavini Vadim Skibitski Almaniya mətbuatına müsahibəsində bildirib.

Skibitskinin sözlərinə görə, Putin QUR-un hədəflərinin "siyahısının başında”dır, çünki o, dövlət başçısı kimi "nələrin baş verəcəyini əlaqələndirir və qərar verir”.
Bundan əvvəl QUR-un rəhbəri Kirill Budanov Putini Ukrayna üçün "qanuni hədəf” adlandırsa da, prezidentin aradan götürülməsinin "ağılsız” olduğunu, ona görə də kəşfiyyatın buna cəhd etmədiyini açıqlamışdı. Kreml isə cavab olaraq Budanovun sözlərini "dəhşət” adlandırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->