XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xameneinin müraciəti yayılıb
Dünya23:00 28.08.2026

Xameneinin müraciəti yayılıb

ABŞ və İsrailin hərbi hücumları, tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, İran sosial rifahı diqqətdə saxlayır və bununla bağlı islahatlar həyata keçirir.

Qaynarinfo xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin Hökumət Həftəsi münasibətilə yaydığı müraciətdə qeyd olunub.

"Qətiyyətlə elan edirəm; sosial həmrəyliyin zərərinə olan hər hansı bir əməli törətmək qadağandır", - Xameneinin rəsmi saytında dərc olunan müraciətdə vurğulanıb.

Ali rəhbərin müraciətindən sonra İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında bildirib ki, bütün tapşırıqlar yerinə yetiriləcək və İslam Respublikası inkişaf edəcək.