Xəbər lenti

Rəşad Sadıqov: Su sistemi işləmirdi
İdman 23:04 23.01.2026

Rəşad Sadıqov: Su sistemi işləmirdi

"Su sistemi işləmirdi və meydança sulanmamışdı. Bu da oyunçuların performansına və oyunun gedişatına təsir etdi”.

Teleqraf xəbər verir ki, bu sözləri "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Neftçi” ilə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.Mütəxəssis gərgin keçən qarşılaşamanı belə şərh edib: "Neftçi” kimi komanda üçün qələbənin nə qədər vacib olduğunu bilirdik. Buna görə güclü hazırlaşmışdıq. Yaxşı qol epizodlarımız oldu ki, biz buradan 3 xalla ayrıla bilərdik. Amma bu gün xoşuma gəldi. Bugünkü oyun daha çətin keçdi. "Neftçi” çox təzyiq etdi. "Zirə” qələbə qazanmaq üçün gəlmişdi, lakin qarşıda "Neftçi” olduğunu bilirdik. Çox təcrübəli məşqçi dəvət ediblər.
 
Amma bizim üçün heç-heçə də pis nəticə deyil".

Sadıqov "Varajdin”dən icarəyə götürülən Rüfət Abdullazadənin fiziki durumundan da söz açıb: "Çox istərdik ki, Rüfət hazır olsun. Müəyyən problemlərə görə bizimlə olmadı. Bu da onu geri salır. Lakin o formasını yığacaq , komandamıza kömək edən vacib oyunçudur. Bazarda qıtlıqdır. Futbol dünyada inkişaf edir, yeni xəbərlər eşidirik. Bu da çətinlik törədir. Futbol çox irəli gedib, lakin bazarda məhsul yetərincə deyil”.
--> -->