Xəbər lenti

İdman 14:09 14.10.2023

“Roma”nın da futbolçusunun adı mərc qalmaqalında hallandı

İtaliyada adı mərc qalmaqalında hallanan "Roma"nın gənc ulduzu Nikola Zalevskinin özünə sarı vərəqə alacağı ilə bağlı mərc etdiyi bildirilir.

Qaynarinfo-nun məlumatına görə, İtaliyada futbolda qeyri-qanuni mərc oyunları ilə bağlı aparılan araşdırmada adı hallanan 21 yaşlı futbolçu ilə bağlı belə iddia ortaya atılıb. "La Repubblica” qəzeti Zalevskinin özü üçün mərc oynadığını yazıb. İddiaya görə, "Roma”da çıxış edən futbolçu mayın 22-də "Salernitana” ilə matçda sarı vərəqə alacağına dair mərc edib. Futbolçu məhz həmin matçın 90+4-cü dəqiqəsində sarı vərəqə aldı. Ancaq Zalevski ittihamları rədd edib. Polşanın 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü mərcdə iştirakını qəti şəkildə inkar etsə də, futbolçu ilə bağlı xəbər Roma klubuna ötürülüb. 

Polşa Futbol Federasiyasının (PZPN) Kommunikasiya Direktoru Tomasz Kozlovski məsələ ilə bağlı açıqlamasında onlara Zalevski ilə bağlı heç bir rəsmi fakt təqdim olunmadığını deyib. 
 
İtaliyada furbolçuların mərc oyunlarında iştirak edib-etməməsi ilə bağlı aparılan araşdırmalarda Zalevski ilə yanaşı "Yuventus"dan Nicolo Faqioli və bu yay "Milan"dan "Nyukasl"a transfer olunan Sandro Tonalinin də adı hallanır.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->