Xəbər lenti

Ronaldo
İdman 17:55 27.05.2025

Ronaldo "Əl-Nəsr"dən ayrılır

Kriştiano Ronaldonun yaxın dostu Edu Agirre hücumçunun Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu ilə müqaviləsini yeniləmədiyini bildirib.

Qaynarinfo bu barədə "Chiringuito TV"yə istinadən xəbər verir.

"O, müqaviləsini yeniləmədi. İndi təkliflərə açıqdır", deyə Agirre bildirib.

Ronaldo özü də "Əl-Nəsr"dən ayrılacağına eyham vurub: "Bu fəsil bitdi. Hekayə? Hələ yazılır. Hər kəsə təşəkkür edirəm".

Aprelin 10-da Ronaldonun Səudiyyə klubu ilə əmək müqaviləsini uzada biləcəyi barədə məlumat yayılmışdı. Jurnalist Canluici Longari yazıb ki, klub rəhbərliyi 40 yaşlı portuqaliyalıya 2027-ci ilin yayına qədər müqavilə imzalamağı təklif edib. Ronaldonun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir. Media daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyini yazmışdı. Yeni müqavilənin şərtlərinə görə, portuqaliyalı klubun 5%-lik səhminin sahibi olmalı idi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->