Xəbər lenti

Rus hakerlər
Dünya 21:56 11.05.2022

Rus hakerlər "Starlink"ə hücum edir

Rus hakerlər "Starlink”i sındırmaq üçün səylərini artırırlar.

Qaynarinfo Unian-a istindadə  xəbər verir ki, bu barədə "SpaceX” və "Tesla” şirkətlərinin yaradıcısı İlon Mask "Twitter"də yazıb.

"Hələlik Rusiyanın kibermüharibəsinin "Starlink" sistemini bloklamaq və sındırmaq cəhdlərinə müqavimət göstərilir, lakin onlar səylərini gücləndirirlər”, deyə Mask yazıb. 

Xatırladaq ki, fevralın 26-da Ukraynanın Rəqəmsal transformasiya naziri Mixail Fyodorov İlon Maska müraciət edərək, peyk internetinə çıxış üçün "Starlink" stansiyalarını Ukraynaya göndərməsini xahiş edib. Ertəsi gün İlon Kask avadanlıq verməyə razılıq verib. Peyk internet stansiyalarının ilk partiyası Ukraynaya fevralın 28-də gəlib.
 
Ukrayna artıq 10 000 "Starlink" peyk internet stansiyasına malikdir və bu göstəriciyə görə dünyada liderlərdən birinə çevrilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->