Qryazinski Qida Zavodunun həbs edilən rəhbərləri 2022-ci ildən 2023-cü ilə qədər Rusiya ordusuna 9 milyon 115 min 406 ədəd aşağı keyfiyyətli quru yemək verməkdə ittiham olunurlar.
Qaynarinfo xəbər verir ki, TASS bu barədə iş materiallarına istinadən yazıb.
Sənədlərdə deyilir ki, "Qryazinski Qida Zavodu" Səhmdar Cəmiyyətinin top-menecerləri vəzifəsində çalışmış Aleksandr Mixalenko, Valeri Kovaleviç və Elvira Smirnova Müdafiə Nazirliyinin ehtiyacları üçün qida xidmətlərinin göstərilməsi üçün dövlət müqavilələri bağlamaq adı altında dövlət büdcəsindən vəsaitləri mənimsəyiblər - ən azı 1 .3 milyard rubl.
Laboratoriya araşdırmasının nəticələrinə əsasən müəyyən edilib ki, hərbi qulluqçular üçün fərdi qida rasionları texniki şərtlərə cavab vermir və onların təyinatı üzrə istifadəsi qadağandır.
Məhkəmə Mixalenko, Kovaleviç və Smirnovanı bu ilin aprelində həbs edib. ASC "Gryazinski Qida Zavodu" 1944-cü ildə Lipetsk vilayətində yaradılıb, şirkət Rusiya Müdafiə Nazirliyi üçün quru yeməklər və konservlər istehsal edir.
Aydın
Şərhlər