Xəbər lenti

Dünya 18:58 03.06.2023

"Rusiya SSRİ-yə üzv olmuş bütün dövlətləri ələ keçirmək istəyir" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya Sovet İttifaqının üzvü olmuş bütün ölkələri geri qaytarmaq və onları tam işğal altına almaq istəyir. 

Qaynarinfo xəbər verir ki, prezident bunu Latın Amerikası mediasına müsahibəsində deyib.

Xüsusilə o, "Minsk razılaşmaları”nın münaqişənin dondurulmasına gətirib çıxardığını və bunun yalnız Rusiyaya sərfəli olduğunu vurğulayıb.

Prezident 2019-cu ilin dekabrında "Normandiya dördlüyü”nün liderləri - Angela Merkel, Emmanuel Makron və Vladimir Putinlə görüşünü xatırladıb. Zelenski qeyd edib ki, o vaxt Rusiyanın yalnız Donetsk və Luqansk bölgələrində davam edən müharibəni dayandırmaq istəmədiyini vurğulanıb:

"Bu, onun üçün sərfəli deyil. Həm Moldovada, həm də Gürcüstanda bunu yoxladı. Görün bu dövlətlərə nə oldu... Onların inkişaf etmiş iqtisadiyyatı və yüksək ÜDM-i olan inkişaf etmiş dövlətlərə çevrilməsinə imkan verilmədi".

Zelenski xüsusilə vurğulayıb ki, Rusiyanın öz sərhədlərinin qorunması ilə bağlı bəyanatları Moldovadakı münaqişə ilə puç olur:

"Yaxşı, onun Moldova ilə hansı sərhədləri var?...  Sərhədlərin əhəmiyyəti yoxdur. O, yalnız Sovet İttifaqında olan dövlətlərə diqqət yetirir. Onları geri qaytarmaq və hər şey üzərində tam hüquqlu işğal yaratmaq istəyir".

O, Ukraynanın müharibənin dondurulmasına gətirib çıxara biləcək "sülhpərvər” planlara hazır olmadığını vurğulayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->