Xəbər lenti

Rusiya Stalinin ölümündə Qərb kəşfiyyatının iştirakını yoxlamaq qərarına gəldi
Dünya 11:20 05.03.2024

Rusiya Stalinin ölümündə Qərb kəşfiyyatının iştirakını yoxlamaq qərarına gəldi

"Rusiya Kommunistləri” Kommunist Partiyası Sovet diktatoru İosif Stalinin ölümündə Qərb kəşfiyyat xidmətlərinin mümkün iştirakını yoxlamaq xahişi ilə FSB və Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə KPKR sədri Sergey Malinkoviç RİA Novosti-yə məlumat verib.

"İ.V.Stalinin ölümünün 71-ci ildönümündə partiya Rusiya Federasiyasının Baş Prokurorluğuna və FSB-yə İosif Vissarionoviç Stalinin ölümündə Qərb kəşfiyyat xidmətlərinin mümkün iştirakını yoxlamaq xahişi ilə müraciət edib. Stalinin müasirlərinin sübutları sovet xalqlarının liderinin Qərb təsir agentləri tərəfindən mümkün zəhərlənməsindən danışır", - Malinkoviç deyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->