Ukrayna xüsusi xidmət orqanları Putin və Rusiya müdafiə naziri Belousovun Hərbi Dəniz Qüvvələri Günündə Sankt-Peterburqda təntənəli paradda çıxış etdiyi zaman Rusiyada hücum hazırlayırdılar.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1” telekanalın efirində
danışıb.
"Belousov Pentaqona zəng edərək nəticələri barədə xəbərdarlıq edib. Lloyd Ostin çox təəccüblənib, lakin bu məlumatı ciddi qəbul edib. Vaşinqton Kiyevlə əlaqə saxlayıb və hər şeyin ləğv edilməsini tələb edib”, - Ryabkov bildirib.
Diplomatın fikrincə, əgər Ukraynanın hərəkəti həyata keçirilsəydi, bu, Rusiya və ABŞ-ı "idarəolunmaz münaqişəyə” sürükləyərdi. Ryabkov təfərrüatları açıqlamayıb: "Bu, dövlət sirridir”.
Nizami Bağırov
Şərhlər