Dünya 11:43 26.09.2022

Rusiyanın səfərbərlik prosesi fundamental problemləri alt-üst edir - ISW

Kremlin başçısı Vladimir Putin Rusiya əhalisini müharibəyə və səfərbərliyə hazırlamaq üçün heç bir səy göstərmədi.

Bu barədə Qaynarinfo Müharibə Tədqiqatı İnstitutuna (ISW) istinadən xəbər verir

Analitiklər qeyd edirlər ki, fevralın 24-ə qədər Rusiya rəsmiləri və təbliğatçıları dəfələrlə Ukraynaya təcavüz ideyasını ələ salıblar.

Tammiqyaslı təcavüz başlanandan sonra Putin özü inadla müharibəni "xüsusi hərbi əməliyyat” adlandırmağa davam etdi və əhalini səfərbərliyə hazırlamaq üçün Rusiya Federasiyasında informasiya şəraiti yaratmadı.

"Putinin bu məsələdə uğursuzluqları xüsusilə vacibdir, çünki Rusiya ərazisində Ukrayna qoşunları və ya NATO qoşunları yoxdur, həmçinin Rusiya Federasiyasına işğal təhlükəsi yoxdur. İndi 1812, 1914 və ya 1941-ci il deyil və Putinin xalqına necə təqdim etməsindən asılı olmayaraq, o zamanlar əhalinin səfərbər olmasına töhfə verən amillər Ukraynaya qarşı müharibədə sadəcə olaraq yoxdur”, - ISW vurğulayır.

Ekspertlər onu da vurğulayırlar ki, Rusiya silahlı qüvvələri ən azı 2008-ci ildən səmərəli səfərbərliyə şərait yaratmayıb və ani çağırış üçün lazım olan ehtiyat qüvvələri formalaşdırmayıb. Bu problemlərin sürətli həlli yoxdur.

"Səfərbərlik prosesi bərbad olacaq, ehtiyatda olanların keyfiyyəti aşağıdır və onların döyüşmək motivasiyası yəqin ki, daha pisdir", - Müharibə Tədqiqi İnstitutu qeyd edir.

Analitiklər əlavə edirlər ki, Putinin rusiyalıları səfərbər etmək səylərinə xələl gətirən problemlər o qədər dərin və fundamentaldır ki, o, yaxın aylarda, bəlkə də yaxın illərdə onları həll edə bilməyəcək.

"Bu səfərbərlik 2022-ci ildə müharibənin gedişatına təsir etməyəcək və çox güman ki, Rusiyanın 2023-cü ildə hazırkı səviyyəsini saxlamaq qabiliyyətinə böyük ölçüdə təsir göstərməyəcək", - ISW yekunlaşdırıb.

Nizami Bağırov