Kiyevdə Ukraynaya qarşı Rusiya tərəfindən istifadə edilən, havada zərərsizləşdirilən yeni dron və raketlərin komponentləri nümayiş etdirilib.
Bu barədə "Report"un Şərqi Avropa bürosu xəbər verir.
Məlumata görə, bu komponentlərin, sanksiyalara baxmayaraq, ABŞ, bəzi qərbi Avropa, İran və Çin şirkətləri tərəfindən Rusiyaya ötürüldüyünün məlum olub.
Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən beynəlxalq konfransda bildirib ki, Rusiya raketlərində Fransa, Almaniya, ABŞ-nin sənaye məhsulları qeydə alınıb.
Şərhlər