Vəkillər Kollegiyasının üzvü, sabiq məhkəmə sədri Rafiq Miriyev vəfat edib.
Qaynarinfo E-huquq.az-a istinadən xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, R.Miriyev 1948-ci ildə anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Ali məktəbi bitirdikdən sonra 10 ilə yaxın daxili işlər orqanlarında müstəntiq, baş müstəntiq işləyib.
R.Miriyev 1981-1987-ci illərdə indiki Xəzər Rayon Məhkəməsinin hakimi, 1987-2000-ci illərdə Qaradağ Rayon Məhkəməsinin sədri, 2000-2007-ci illlərdə isə Suraxanı Rayon Məhkəməsinin sədri olub.
O, 2009-cu ildən Vəkillər Kollegiyasının üzvü idi.
Allah rəhmət eləsin!
Şərhlər