Ekonomiks 17:40 27.11.2023

Sahibkarlarla növbəti görüş Şəmkirdə keçiriləcək

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qaynarinfo xəbər verir ki, SOCAR-ın "Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq. Aksiya Əliyaqublu kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. "Səyyar qəbul otağı” noyabrın 29-da saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.