Xəbər lenti

Ekonomiks 14:00 11.12.2023

Sahibkarlarla növbəti görüş Lənkəran şəhərində keçiriləcək

"Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. 

Qaynarinfo xəbər verir ki, "Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq. 

Aksiya Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında  baş tutacaq. "Səyyar qəbul otağı” dekabrın 13-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?