Xəbər lenti

Ekonomiks 15:13 09.10.2023

Sahibkarlarla növbəti görüş Samuxda keçiriləcək

SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qaynarinfo xəbər verir ki, SOCAR "Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq. Aksiya Qarayeri qəsəbəsində (İcra nümayəndəliyinin qarşısında) baş tutacaq. "Səyyar qəbul otağı” oktyabrın 11-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?