Xəbər lenti

Dünya 18:40 15.04.2026

"Samsung"da 18 günlük tətil başlayır: İşçilər 30 milyard dollar istəyir

"Samsung Electronics” əməkdaşları rəhbərliklə mənfəətin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları fonunda uzunmüddətli tətil keçirməyə hazırlaşır. Həmkarlar İttifaqı 18 günədək davam edə biləcək etiraz aksiyasına hazırlıq görüldüyünü bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "MyDrivers" yazıb.

İşçilərin əsas tələbi maliyyə vəsaitlərinin yenidən bölüşdürülməsi ilə bağlıdır. Onlar illik əməliyyat mənfəətinin təxminən 15 faizinin əməkdaşlara ödənilməsini tələb edirlər ki, bu da hesablamalara görə təxminən 30 milyard ABŞ dollarına bərabərdir. Bundan əlavə, tələblər sırasında baza əməkhaqlarının artırılması və yüksək gəlir dövrlərində daha şəffaf və ədalətli mükafatlandırma üçün bonus sisteminin yenidən nəzərdən keçirilməsi də var.

Gərginliyin artmasına şirkətin maliyyə göstəriciləri səbəb olub. Cari ilin birinci rübündə "Samsung” yaddaş bazarındakı böhranın təsiri ilə illik ifadədə mənfəətini 700 faizədək artırıb. Lakin həmkarlar ittifaqının nümayəndələrinin bildirdiyinə görə, bu maliyyə yaxşılaşması əməkdaşların maaş və kompensasiyalarında əks olunmayıb.

Analitiklər qeyd edirlər ki, yarımkeçirici bazarındakı hazırkı dinamika fonunda "Samsung Electronics” qlobal ən iri korporasiyalar reytinqində mövqeyini gücləndirə bilər. Bəzi proqnozlara görə, 2027-ci ilə qədər şirkət mənfəət üzrə liderliyə yüksələrək "NVIDIA”nı qabaqlaya bilər.

Aydın

--> -->