2026-cı ildə solo konsert proqramı ilə çıxış edəcək müğənnilərin konsert tarixləri və biletlərinin qiymətləri müəyyənləşib.
Qaynarinfo-nun araşdırmasına görə, xəbər verir ki, Xalq artisti Emin Ağalarov dekabrın 5-də Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək. “Жизнь - игра” turu çərçivəsində keçiriləcək konsertin biletləri 30-220 manat arasında dəyişir.

Xalq artisti Röya Ayxan da solo konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacaq. Müğənninin oktyabrın 22-də "Elektra Events Hall"da baş tutacaq konsertinin biletləri 35-200 manat arasında dəyişir.

Müğənni İzzət Bağırov 50 illik yubileyi münasibətilə tamaşaçıları ilə görüşəcək. “Yaşım yolun yarısı” adlı yubiley konsertinin oktyabrın 6-da Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulur. Konsertin biletləri 20-100 manat arasında dəyişir.

Müğənni Sevda Yəhyayeva “Darıxmışam” adlı solo konsert proqramı ilə tamaşaçıların görüşünə gələcək. Oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertə qatılmaq istəyənlər 25-100 manat ödəməli olacaqlar.

Azərbaycan estradasının sevilən sənətçilərindən Teymur Əmrah da solo konsert verəcək. Müğənni oktyabrın 8-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda “Ad günü dostlar əhatəsində” adlı konsert proqramı ilə çıxış edəcək. Konsertin biletləri 25-65 manat arasında təklif olunur.

Xalq artisti Könül Xasıyeva da solo konsert proqramı ilə çıxış edəcək. “Məni tənha qoyma” adlı konsert oktyabrın 26-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcək. Konsertin biletləri 20-50 manat arasında dəyişir.

Bahar Rüstəmli
Şərhlər