Dünya 15:47 17.01.2023

SBU yaşayış binasını atəşə tutan rusların adlarını açıqladı: “Hər an qisası gözləyin”

Ukrayna təhlükəsizlik xidməti (SBU) Dneprdə raket hücumunda iştirak edə biləcək rusiyalı hərbçilərini müəyyən etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, Xidmətin saytında qeyd edildiyi kimi, doqquz mərtəbəli yaşayış binasının uçurulmasına və onlarla qurbana səbəb olan zərbədə onlarla rusiyalı hərbçisi iştirak edib.

 SBU onlardan altısının məlumatlarını açılayıb:

52-ci ağır bombardmançı aviasiya alayının komandiri polkovnik Oleq Timoşin;

52-ci ağır bombardmançı aviasiya alayının aviasiya dəstəsinin komandiri mayor Aleksey İvanenko;

Dmitri Qolenkov, aviasiya qrupunun aviasiya eskadrilyasının qərargah rəisi;

52-ci ağır bombardmançı aviasiya alayının şturmanı Denis Qriqoryev;

52-ci ağır bombardmançı aviasiya alayının şturmanı Dinar Nazırov;

Yevgeni Potseluyev, 52-ci ağır bombardmançı aviasiya alayının aviasiya silahları üzrə mühəndisi.

Onlara qarşı müharibə qanunlarını və adət-ənənələrini pozma (CM-nin 438-ci maddəsi) ilə cinayət işi başlanıb.

"Rusiyalıların hər bir hərbi cinayətinin konkret icraçıları var. Heç bir qatil cəzadan yayınmasın deyə təhlükəsizlik xidməti hər birini müəyyən edəcək və şəxsi məlumatları adbaad açıqlayacaq. "Atəş” düyməsini basanların hər biri, bu cür cinayətlərdə əli olan hər kəs, hər dəqiqə qisas gözləsin. Və bu, şübhəsiz ki, olacaq", - deyə SBU rəhbəri Vasili Malyuk bildirib.

Xüsusi xidmət orqanı həmçinin X-22 qanadlı raketinin Dneprdə yaşayış binasını vurduğunu təsdiqləyib.

Yanvarın 14-də Dnepr şəhərinin atəşə tutulması nəticəsində doqquz mərtəbəli binanın iki bloku dağıdılıb. Dördü uşaq olmaqla 41 nəfərin öldüyü təsdiqlənib. Evin 75 sakini, o cümlədən 14 uşaq xəsarət alıb. Hündürmərtəbəli binada 72 mənzil tamamilə dağılıb, 236 mənzilə ziyan dəyib, 25 avtomobil sıradan çıxıb.

Kreml ölümlərə görə günahı öz üzərinə götürməkdən imtina edib və bunu Ukraynanın boynuna atıb. 

Nizami Bağırov