Siyasət 23:59 01.06.2023

Seçkilərdəki məğlubiyyətinə görə CHP-nin İcraiyyə Komitəsi istefa verdi

Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) İcraiyyə Komitəsi Türkiyədə prezident seçkilərinin ikinci turunda müxalifət liderinin məğlubiyyətindən sonra cümə axşamı tam tərkibdə istefa verib. CHP-nin rəhbər orqanının toplantısı 4,5 saat davam edib və mətbuata bağlı keçirilib.

Məlumata görə, Türkiyənin tarixən ilk partiyasının rəhbərliyinin 17 nümayəndəsi istefa verib.
Yerli mətbuatın yazdığına görə, Kılıçdaroğlu 2010-cu ildən CHP-yə rəhbərlik etsə də, bir dəfə də olsun ümumxalq seçkilərində qalib gəlməyən liderin dəyişməsinin zəruriliyi barədə fikirlər səslənir. Lakin Kılıçdaroğlu bir müddət əvvəl vəzifəsini tərk etmək fikrində olmadığını bildirmişdi.