XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı
Ekonomiks10:37 18.09.2026

Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı

Fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği 2026-cı il avqustun 1-nə 17 milyard 896.7 milyon manat təşkil edib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15.8% artıb.

Əmanətlərin 71.9%-i milli valyutada, 28.1%-i isə xarici valyutada yerləşdirilib. Milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% artaraq 12 milyard 875.8 milyon manata, xarici valyutada olan əmanətlər isə 0.7% artaraq 5 milyard 20.9 milyon manata çatıb.

Məlumata görə, avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1.70 manat, 1 avroya 1.97 manat, 100 Türkiyə lirəsinə 3.55 manat, 100 Rusiya rubluna isə 2.05 manat təşkil edib.