Xəbər lenti

Səfir rütbəsi alanlardan ikisi nazir müavinidir
Siyasət 16:12 08.07.2026

Səfir rütbəsi alanlardan ikisi nazir müavinidir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, fövqəladə və səlahiyyətli səfir rütbəsi verilən diplomatlardan ikisi - Rəfiyev Yalçın İlqar oğlu və Şərifov Samir Ənvər oğlu xarici işlər naziri Ceyhun Bayramovun müavinidir.

Samir Şərifov Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2017-ci il, Yalçın Rəfiyev isə 8 sentyabr 2023-cü il tarixli sərəncamları ilə xarici işlər nazirinin müavini təyin olunublar.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->