XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı - Yeni qiymət
Ekonomiks09:23 26.08.2026

Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı - Yeni qiymət

“Azeri Light” markalı Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin bir barelinin son ticarət qiyməti 3,20 dollar və ya 3,4% zalaraq 91,93 ABŞ dollarına düşüb.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 89 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,12 ABŞ dolları və ya 3,4 % azalaraq 88,5 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.