Xəbər verdiyimiz kimi, ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb.
Qaynarinfo-nun Modern.az-a istinadla verdiyi məlumata görə, tələbə adı qazananlardan biri də Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyevadır.
M.Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O bundan öncə kollec təhsili alıb.
Qeyd edək ki, Xalid Həsən 2020-ci il noyabrın 4-ü Vətən müharibəsində Kəlbəcər-Şuşa yolu istiqamətində şəhid olub. O, ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şərhlər