Siyasət 10:31 24.03.2023

SEPAH komandanı Ermənistan və Azərbaycan sərhədlərinə baş çəkdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı general Sərdar Məhəmməd Pakpur Ermənistan və Azərbaycanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə baş çəkib.

Qaynarinfo yerli KİV-in məlumatına istinadla xəəbər verir ki, general hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının, sayıqlığının və mənəvi-psixoloji hazırlığının səviyyəsini qiymətləndirib.
 
Pakpur gecə və gündüz taktiki təlimlərinə də qatılıb.

"Təhlükəsizlik məsələsi soyuq, isti, bayram, iş günləri bilmir. Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik", - komandir qoşunlara müraciətində bildirib.

Xatırladaq ki, İran hərbçiləri və siyasətçiləri "regionda sərhədlərin istənilən dəyişikliyinə qəti şəkildə qarşı çıxacaqlarını” dəfələrlə bəyan ediblər. 

Alpər