Xəbər lenti

Seymur Orucov Həsənsu kəndində səyyar qəbul keçirdi (FOTOLAR)
Foto 16:45 24.10.2023

Seymur Orucov Həsənsu kəndində səyyar qəbul keçirdi (FOTOLAR)

Ağstafa İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Həsənsu kənd yaşayış məntəqəsində keçirib.

Həsənsu kənd tam orta məktəb binasının akt zalında Seymur Orucovun başçılığı ilə keçirilən qəbulda rayonun hüquq-mühafizə orqanlarının, RİH-in və aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən söz açaraq bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qətiyyəti sayəsində qazanılmış parlaq Qələbəmiz müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ideyalarının təntənəsidir. Ulu Öndərin ideyaları əsasında işğaldan azad olunan ərazilərimizdə Konstitusiya quruluşunu bərpa edən Azərbaycanın qüdrəti, beynəlxalq nüfuzu sürətlə artır və ölkəmiz daha yeni zirvələr fəth etməyə doğru inamla irəliləyir.

Vətəndaşların qaldırdıqları hər bir məsələyə dair aidiyyəti üzrə məsul şəxslərlə birlikdə müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib. Məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.

Səyyar qəbulda Həsənsu kənd ictimaiyyətinin nümayəndəsi Rüfət Axundov və ağsaqqal Nazim Məmmədov Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu olan Qarabağın işğaldan azad olunması missiyasını və ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hər bir ağstafalı adından dərin minnətdarlıqlarını bildiriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->