Xəbər lenti

Sibiqa: Ukraynanın döyüş meydanındakı mövqeyi son bir ildə ən güclüsüdür
Dünya 14:26 22.04.2026

Sibiqa: Ukraynanın döyüş meydanındakı mövqeyi son bir ildə ən güclüsüdür

Ukraynanın döyüş meydanındakı mövqeyi hazırda son bir il ərzində ən güclü və ən sabit vəziyyətdədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Livyi Bereh” nəşrinin məlumatına görə, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, pilotsuz uçuş aparatlarının (dronların) aktiv istifadəsi sayəsində Ukrayna Silahlı Qüvvələri düşmənin canlı qüvvə üstünlüyünü neytrallaşdıra bilib.

Nazirin sözlərinə görə, rus ordusunun əsas amili olan canlı qüvvə üstünlüyünün zəiflədilməsi Ukraynanın danışıqlardakı mövqelərini də gücləndirir.

Sibiqa həmçinin Ukrayna səmasının müdafiəsində əldə olunan nəticələri də vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın yeni geosiyasi gücü hava hücumundan müdafiə sistemlərinin düşmənin zərbə vasitələrinin təxminən 90%-ni zərərsizləşdirə bilməsidir.

Üçüncü faktor kimi Sibiqa asimmetrik hücumları qeyd edib. Onun sözlərinə görə, bu taktika düşməni imkanlardan məhrum edir və effektiv nəticə verir. O əlavə edib ki, Almaniyada bir müəssisə yerüstü dronların istehsalını səkkiz dəfə artırıb və bu, dərhal Kremlin reaksiyasına səbəb olub. Rusiya tərəfi həmin obyektləri və Avropadakı digər dron istehsal mərkəzlərini vuracağı ilə hədələyib.

Aydın

--> -->