Xəbər lenti

Sloveniya COVID məhdudiyyətlərini pozanlara amnistiya elan etdi
Dünya 22:50 22.09.2023

Sloveniya COVID məhdudiyyətlərini pozanlara amnistiya elan etdi

Sloveniya parlamenti, koronavirus pandemiyası zamanı məhdudiyyətləri pozduğuna görə cərimələnən hər kəsə dəymiş ziyanın ödənilməsi və qanun pozuntusunun şəxsi qeydlərdən silinməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bu barədə Qaynarinfo Euractiv-ə istinadən xəbər verir.

2020-ci ilin martından 2022-ci ilin may ayına qədər COVID məhdudiyyətlərinin pozulması ilə bağlı 62 mindən çox iş açılıb. Tətbiq edilən cərimələrin ümumi məbləği 5,7 milyon avro təşkil edib. Sonradan belə proseslər konstitusiyaya zidd elan edilib.

Cərimələrin təxminən 30%-i (1,7 milyon avrodan bir qədər çox) qaydaların dayandırılmasına qədər ödənilib.

Bütün pozuntu prosedurlarının dayandırılması və ləğv edilməsi və cərimələrin geri qaytarılması vədi hazırkı Baş nazir Robert Qolob hökumətinin əsas seçki vədlərindən biri idi.

Ədliyyə naziri Dominika Şvarts-Pipan bildirib ki, qanun insanların qanunun aliliyinə inamını bərpa etmək məqsədi daşıyır.

"Əminəm ki, qanunun qəbulu ilə dövlət müəyyən mənada mənəvi məsuliyyəti öz üzərinə götürəcək və cinayət qanunlarından sui-istifadə, konstitusiyaya zidd və insan hüquqlarına həddən artıq basqılar nəticəsində vətəndaşlara qarşı törədilən haqsızlıqları aradan qaldıracaq”, - nazir qeyd edib.

Hazırkı hökumət zorakılıq elementləri olan cinayətlərə görə cərimələrin amnistiya olunmayacağını vurğulayıb.

Lakin əvvəlki dönəmdə hakimiyyətdə olan müxalifət partiyaları bununla razılaşmayıb. Onlar iddia edirlər ki, hökumətləri tərəfindən pandemiya ilə bağlı görülən tədbirlər insanların sağlamlığını və həyatını qorumaq məqsədi daşıyır və Aİ və ÜST tövsiyələrinə uyğundur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->