Smartfon istifadəçilərinin çoxu hesab edir ki, cihazı tam 100%-ə qədər şarj etmək batareyanın ömrünə ziyan vurur. Lakin ekspertlərin açıqlamalarına görə, bu geniş yayılmış mifdir. Əsl problem batareyanın şarj olunduğu şərait və istifadə qaydalarındadır.
Qaynarinfo-nun "How-To Geek" portalına istinadən məlumatına əsasən, müasir smartfonlarda istifadə olunan litium-ion batareyalar xüsusi qoruyucu sistemlərlə təchiz olunub. Ekranda 100% göstərilsə də, batareya həqiqətən tam dolu olmur – istehsalçılar həddini aşmamaq üçün əlavə ehtiyat saxlayır. Bu isə göstərir ki, tək bir dəfə maksimuma qədər şarj etmək cihaz üçün zərərli deyil.
Ekspertlər bildirirlər ki, batareyanın əsas köhnəlmə səbəbləri uzun müddət tam dolu qalması, şarj zamanı cihazın həddindən artıq isinməsi və dərin boşalmadır (təxminən 20%-dən aşağı). Həmçinin sürətli şarj cihazın ilkin mərhələdə aktiv isinməsinə səbəb olaraq batareyanın ömrünü qısalda bilər.
Nəticə olaraq, smartfonu 100%-ə qədər şarj etmək təhlükəli deyil, vacib olan aşırı dolma, o-a qədər enmə və yüksək istilikdən qorunmaqdır. Batareyanı 80%-da məhdudlaşdırma isə daha çox rahatlıqdan imtina deməkdir və batareyanın ömrünü əhəmiyyətli dərəcədə uzatmır.
Bu tövsiyələr istifadəçilərə batareyanın ömrünü qoruyaraq gündəlik istifadədə rahatlıq təmin etməyə kömək edəcək.
Günay
Şərhlər