Rusiya–Ukrayna müharibəsi zamanı hərbçilər və mühəndislər hərbi texnikanı real döyüş şəraitinə uyğunlaşdırmaq üçün onun müdafiəsində müxtəlif eksperimentlər aparmalı olurlar.
Qaynarinfo "Business Insider”ə istinadla yazır ki, bəzi texnika isə, elə bil "Mad Max” filmlərindəki post-apokaliptik avtomobillərə
bənzəyir.
Qeyd olunur ki, 11 avqustda Konstantinovkada Ukraynaya məxsus "Humvee”nin improvizə edilmiş müdafiəsinin fotosu çəkilib. Nəqliyyat vasitəsi böyük metal qəfəs, tor və yuxarıdan və yanlardan çıxan çubuqlarla əhatə olunub.
Nəşr izah edir ki, belə qeyri-adi modernizasiya texnikanı əsas döyüş silahına çevrilmiş düşmən PUA-larının hücumlarından qorumaq zərurətindən irəli gəlir. Zirehlənmə standartlaşdırılmadığı üçün müharibənin hər iki tərəfindəki əsgərlər və mühəndislər tez-tez "özün et” yanaşmasından istifadə edirlər.
Belə modernizasiyalar çox vaxt elə vəziyyət yaradır ki, texnikanın növünü müəyyən etmək demək olar ki, mümkün olmur. Məsələn, iyul ayında cəbhədə böyük qəfəs, çoxlu tor və digər materiallarla qorunan Rusiya tankı müşahidə olunmuşdu.
"DeepState” xəbər verir ki, bu "tank-monstru” 28-ci Mexanikləşdirilmiş Briqadanın döyüşçüləri təxminən altmış FPV dronla məhv ediblər. Problem isə ondan ibarət idi ki, zəif nöqtəni tapmaq heç də asan deyildi.
Nəşr xatırladır ki, belə improvizə olunmuş zirehli konstruksiyalar döyüş meydanında ilk dəfə 2023-cü ildə peyda olub. Məhz həmin vaxt dronlar ciddi problemə çevrilmişdi.
Bundan əlavə, belə adlandırılan "müdafiə qəfəsləri” görünüşünə və ümumi effektivliyinə görə çox fərqlənir. Əvvəlcə yalnız tanklar və döyüş zirehli maşınlarında müşahidə olunan bu təchizat indi geniş döyüş sistemlərinə yayılıb. Nəşr vurğulayır ki, müdafiə qəfəsləri bəzi tank əleyhinə silahlar və FPV dronlardan texnikanı qoruya bilir. Hətta müdafiə şirkətləri də öz bəzi döyüş sistemlərini onlarla təchiz etməyə başlayıblar.
Bundan əvvəl hərbi analitik Riçard Vereker "Warspotting.net” resursunun məlumatlarına istinad edərək bildirib ki, ümumi zirehli texnika itkilərinin azalmasına baxmayaraq, ruslar T-62 tanklarını daha tez-tez itirməyə başlayıblar. Analizə görə, 2025-ci ilin mart–iyul ayları arasında bu tankın itkiləri 2,5 dəfə artıb.
Ümumilikdə, Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanğıcından bəri Rusiya ən azı 3545 tank itirib. Ən çox itirilən isə T-72-lərdir (1529 ədəd).
Alpər
Şərhlər