Beynəlxalq Hesablaşmalar Bankı (BIS) illik iqtisadi hesabatında bildirib ki, bir çox ölkələrdə rekord səviyyəyə çatan dövlət borcu, davam edən inflyasiya və süni intellekt (Al) sahəsindəki sürətli artım qlobal iqtisadi riskləri artırır.
Qaynarinfo xəbər verir ki, hesabatda qlobal iqtisadiyyata təzyiq göstərən və riskləri yüksəldən dörd əsas amil qeyd olunur.
Birinci amil davam edən yüksək inflyasiyadır. BIS-in məlumatına görə, tədarük zəncirlərindəki pozuntular biznes və istehlakçılar arasında yüksək inflyasiya gözləntilərinin möhkəmlənməsinə səbəb olur. Eyni zamanda, ABŞ və İran arasında əldə olunan razılaşma və Hörmüz boğazının açılması "müsbət xəbər” kimi qiymətləndirilir, çünki bu, ən kəskin ssenarilərin qarşısını almağa kömək edə bilər.
İkinci amil süni intellekt sahəsindəki investisiya bumu ilə bağlı qeyri-müəyyənlikdir. Bank qeyd edir ki, narahatlıqlar həm həddindən artıq investisiyalar, həm də Sİ-nin əmək bazarına mümkün mənfi təsiri ilə bağlıdır. Bundan əlavə, aktivlərin şişirdilmiş qiymətləndirilməsi və kreditlər hesabına maliyyələşən Sİ sektorundakı artım da maliyyə risklərini artırır.
Dördüncü amil isə bir çox ölkələrdə dövlət borcunun davamlı artımıdır. Hesabatda bu vəziyyətin "suverenlik və maliyyə sabitliyi arasında yeni əlaqə” yaratdığı vurğulanır.
BIS siyasətçilərə inflyasiyanın azaldılması, dövlət borcunun idarə olunması və maliyyə sabitliyinin gücləndirilməsi üçün daha ciddi və nizamlı iqtisadi siyasət aparmağı tövsiyə edir.
Aydın
Şərhlər