Video 13:55 28.05.2023

Talibanla toqquşmada bir iranlı sərhədçi ölüb, ikisi yaralanıb (VİDEO)

İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Sasuli kəndi yaxınlığında taliblərlə silahlı toqquşma nəticəsində bir iranlı sərhədçi həlak olub, ikisi yaralanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İranın sərhəd qoşunlarının komandanlığının mətbuat mərkəzinə istinadən xəbər verir.

"Sasuli bölgəsində Taliban və İran sərhədçiləri arasında baş verən toqquşma nəticəsində bir iranlı sərhədçi həlak olub, ikisi yaralanıb”, deyə qeyde edilir.

Agentliyin məlumatına görə, ölən sərhədçi Məhəmməd Mehdi Əhmədi Zabolski sərhəd alayında xidmət edib. "Tasnim" xəbər verir ki, Taliban qüvvələri də itki verib, lakin onların sayı dəqiqləşdirilməyib.

Daha əvvəl media Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində İran sərhədçiləri ilə Taliban qüvvələri arasında toqquşmaların baş verdiyini xəbər vermişdi.

Aydın