XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
Ölkə21:36 16.09.2026

Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü

Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb.

Qaynarinfo xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

Qadın ağır vəziyyətdə Yevlax şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, vəfat edən qadın birinci Qarabağ müharibəsi şəhidi Yunis Mamedovun həyat yoldaşıdır.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanılıb.