Xəbər lenti

TBMM sədri: II Dünya müharibəsindən sonra formalaşmış nizam çöküb
Dünya 16:27 25.03.2026

TBMM sədri: II Dünya müharibəsindən sonra formalaşmış nizam çöküb

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib ki, beynəlxalq münasibətlər hazırda sistemli böhran dövrünü yaşayır və dünya II Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizamın çökməsi ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Yaxın Şərqdə baş verən humanitar faciələrə laqeyd qalmaq mümkün deyil. 

Sudan, Ukrayna və Qəzzada baş verən hadisələr, eləcə də İsrail və ABŞ tərəfindən İrana qarşı aparılan müharibə beynəlxalq sistemin təkcə böhran keçirmədiyini, həm də dərin bir çökmə mərhələsinə daxil olduğunu açıq şəkildə göstərir.

Kurtulmuş qeyd edib ki, mövcud vəziyyət sistemli böhranı əks etdirir: qanunsuzluq normaya çevrilib, hüququn aliliyi güc siyasəti ilə əvəz olunub və beynəlxalq mexanizmlər əsasən səmərəsiz hala gəlib.

Aydın

--> -->