Xəbər lenti

Tərtərdə mina partladı - Üç nəfər öldü
Ölkə 21:01 28.04.2023

Tərtərdə mina partladı - Üç nəfər öldü

Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən  bildirilib ki, 2023-cü il 28 aprel tarixində Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->