İdman 23:35 25.06.2022

Teymur Rəcəbov ABŞ-ın daha bir təmsilçisinə uduzdu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində VII tur matçını keçirib.

Qaynarinfo-nun məlumatına görə, 35 yaşlı qrossmeyster qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb. Görüş 56-cı gedişdə Karuananın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. İlk dövrədən sonra Rəcəbov 5 heç-heçə ilə 2,5 xal yığa bilib.